EN

Bu yolayrıcında ölüm baş verə bilər: Çıxış yolu budur VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxtın Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yol nişanlarına məhəl qoymayan sürücülər təhlükə yaratmaqda davam edirlər. Avtosfer.az xəbər verir ki, bu yolayrıcında demək olar ki, hər gün qəza baş versə də, sürücülər heç bir nəticə çıxarmır. Belə sürücülərdən birinin videosu avtomobildəki kameraya düşüb. İkinci dərəcəli yolla hərəkət edən sürücü dayanmadan yolayrıcına daxil olub. Bu zaman baş yolla hərəkət edən avtomobilin qarşısına çıxaraq ona qorxulu anlar yaşadıb. Sürücü qəzanın baş verəcəyini görən anda dayanaraq hadisədən son anda yayınıb.

Baş verən hadisələr göstərir ki, həmin yolayrıcında svetoforun quraşdırılması artıq zərurətə çevrilib. Ya həmin ərazidə mütəmadi olaraq cərimələr tətbiq edilməlidir ki, sürücülər bunda nəticə çıxarsın, ya da ki, yolayrıcında təhlükəsizliyi təmin etmək üçün svetoforla tənzimlənməlidir.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
45
avtosfer.az

1Sources