EN

Dünyada ilk dəfə - 4200 km məsafədən əməliyyat

Çinli oftalmoloqlar cərrahi robotdan istifadə edərək 4200 km məsafədə yerləşən xəstəyə dünyada ilk dəfə subretinal inyeksiya ediblər.

Ucnoqta.az xəbər verir ki, Sun Yat-sen Universiteti bu barədə məlumat verib.

Quançjoudakı həkimlər Urumçidəki bir xəstəyə 5G vasitəsilə robot qolunu idarə edərək kömək ediblər.

Sun Yat-sen Universitetinin Çjunşan Göz Mərkəzinin nümayəndəsi Lin Haotian bildirib ki, "Bu əməliyyat Çində uzaqdan yüksək dəqiqlikli oftalmoloji cərrahiyyənin praktik tətbiqi istiqamətində mühüm bir addımdır".

Robot Urumçi xəstəsinin gözünə mikroiynə yerləşdirib, Quançjoudakı mütəxəssislər isə uzaqdan idarəetmədən istifadə edərək mikroiynəni istənilən dərinliyə qədər irəlilədib dərmanı yeridiblər. Bütün əməliyyat yeddi dəqiqədən az çəkib.

Chosen
34
5
ucnoqta.az

6Sources