AZ

Çin həkimləri ilk dəfə 4200 km məsafədən əməliyyat həyata keçirdilər

BAKI, 4 noyabr. TELEQRAF

Çində həkimlər ilk dəfə 4200 kilometr məsafədən uzaqdan cərrahi əməliyyat həyata keçiriblər. Əməliyyatda oftalmoloqlar subretinal inyeksiya prosedurunu 5G rabitə texnologiyasının köməyi ilə icra ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Sun Yatsen Universiteti məlumat yayıb.

Məlumata görə, Urumçidə yerləşən robot xəstənin gözünə mikroiynə yeridib, Quanqcou şəhərindəki mütəxəssislər isə uzaq məsafədən robotun hərəkətini idarə edərək iynəni lazımi dərinliyə çatdırıb və dərmanı yeridiblər.

Bütün əməliyyat 7 dəqiqədən az vaxt aparıb. Universitet rəhbərliyi bildirib ki, bu uğurlu təcrübə Çində uzaqdan idarə olunan yüksək dəqiqlikli oftalmoloji əməliyyatların praktik tətbiqinə doğru mühüm addımdır.

Seçilən
46
5
teleqraf.com

6Mənbələr