Kolumbiyanın Suares şəhərində polis idarəsi yaxınlığında partlayış baş verib.
Publika.az xəbər verir ki, partlayış nəticəsində 30-a yaxın binaya ziyan dəyib. Hadisə zamanı azı iki nəfər həyatını itirib, bir neçə yaralı var.
Yerli KİV-lər bildirir ki, bazar ertəsi gecə polis idarəsinin yaxınlığında park edilmiş partlayıcı ilə dolu avtomobil partlayıb. Həyatını itirənlər polis idarəsinin yaxınlığında yerləşən hotelin qonaqlarıdır.