Kolumbiyanın Suares şəhərində polis idarəsi yaxınlığında partlayış baş verib. SİA xəbər verir ki, partlayış nəticəsində 30-a yaxın binaya ziyan dəyib. Hadisə zamanı azı iki nəfər həyatını itirib, bir neçə yaralı var. Yerli KİV-lər bildirir ki, bazar ertəsi gecə polis idarəsinin yaxınlığında park edilmiş partlayıcı ilə dolu avtomobil partlayıb. Həyatını itirənlər polis idarəsinin yaxınlığında yerləşən hotelin qonaqlarıdır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta