ABŞ-nin Viçita şəhərində keçmiş xəbər aparıcısı 47 yaşlı Ancelina Mok anası Anita Aversi bıçaqlayaraq öldürməkdə ittiham olunur. Mok 1 milyon dollar girov müqabilində həbsxanaya göndərilib. Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə yerinə gələn polis Moku həbs edib. Evə daxil olan polis əməkdaşları 80 yaşlı qadını yatağında qan içində və hərəkətsiz vəziyyətdə tapıblar. Çoxsaylı bıçaq xəsarətləri alan Anita Avers xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, aldığı xəsarətlərdən dünyasını dəyişib. Qeyd edək ki, Ancelin Mok 2011-2015-ci illərdə Sent-Luisdə “Fox-2” televiziyasında xəbər aparıcısı və müxbiri kimi çalışıb.