Belçikalı yarımmüdafiəçi Radca Nainqqolan uşaqlıq illərində keçirdiyi ağır dövrləri xatırlayıb.
90deqiqe.Az xəbər verir ki, o, bu barədə məşhur bloqer Junior Fertonqenin aparıcısı olduğu “Take a Seat” podkastında danışıb.
37 yaşlı futbolçu atasının İndoneziyanın Sumatra adasından, anasının isə Belçikanın Flamiand bölgəsindən olduğunu deyib. Onun sözlərinə görə, atası ailəsini çətin vəziyyətdə qoyaraq onları tərk edib:
“Atam çoxlu borc yığdı və anamı beş uşaqla tək buraxdı. Biz kasıblıq içində yaşayırdıq. Bəzən düzgün geyimim belə olmurdu, eyni paltarda uzun müddət gəzməli olurdum. Hətta bir müddət qeyri-rəsmi şəkildə bardə işləməli oldum ki, az da olsa pul qazanım.”
Nainqqolan bildirib ki, həmin dövrdə qazandığı həyat təcrübəsi onu həm həyatda, həm də futbolda daha güclü edib.