AZ

“Atam bizi borclar içində qoyub getdi”

Belçikalı yarımmüdafiəçi Radca Nainqqolan uşaqlıq illərində keçirdiyi ağır dövrləri xatırlayıb.

90deqiqe.Az xəbər verir ki, o, bu barədə məşhur bloqer Junior Fertonqenin aparıcısı olduğu “Take a Seat” podkastında danışıb.

37 yaşlı futbolçu atasının İndoneziyanın Sumatra adasından, anasının isə Belçikanın Flamiand bölgəsindən olduğunu deyib. Onun sözlərinə görə, atası ailəsini çətin vəziyyətdə qoyaraq onları tərk edib:

“Atam çoxlu borc yığdı və anamı beş uşaqla tək buraxdı. Biz kasıblıq içində yaşayırdıq. Bəzən düzgün geyimim belə olmurdu, eyni paltarda uzun müddət gəzməli olurdum. Hətta bir müddət qeyri-rəsmi şəkildə bardə işləməli oldum ki, az da olsa pul qazanım.”

Nainqqolan bildirib ki, həmin dövrdə qazandığı həyat təcrübəsi onu həm həyatda, həm də futbolda daha güclü edib.

Seçilən
88
90deqiqe.az

1Mənbələr