EN

ABŞ nüvə silahı sınaqlarına başlayır

ABŞ 5-6 noyabr tarixlərində nüvə silahının sınaqlarına başlayacaq. Məlumata görə, ABŞ qitələrarası ballistik “Minuteman III” raketinin sınaq buraxılışını həyata keçirməyi planlaşdırır. Bu raket nüvə başlığı daşımaq qabiliyyətinə malikdir. Buraxılışın Kaliforniya ştatındakı Vandenberq hərbi bazasından həyata keçirilməsi nəzərdə tutulur. Bu, prezident Donald Trampın verdiyi göstərişdən sonra ilk belə sınaq olacaq.

KONKRET.az xəbər verir ki, ABŞ-ın nüvə sınaqlarını bərpa etmək qərarı, Rusiya prezidenti Vladimir Putinin son zamanlarda keçirdiyi nümayişkaranə hərbi təlimlərin fonunda qəbul edilib.

Natiq Səlim,
KONKRET.az

Chosen
93
23
konkret.az

10Sources