EN

Bu ölkə 18 ədəd "F-16" təyyarəsini 1 AVROYA ALDI

Rumıniya Müdafiə Nazirliyi Niderland hökuməti ilə 18 ədəd F-16 Fighting Falcon döyüş təyyarəsinin lazımi avadanlıqla birlikdə alınmasına dair müqavilə imzalayıb. Ajans.az xəbər verir ki, bu barədə Rumıniyanın müdafiə naziri İonuş Musteanu sosial şəbəkədəki səhifəsində məlumat verib. O bildirib ki, bu təyyarələr yalnız Feteştidəki Avropa F-16 Təlim Mərkəzində istifadə olunacaq. Onun sözlərinə görə, alış 1 avroluq simvolik qiymətə həyata keçirilib. Nazir həmçinin qeyd edib ki, F-16-ların alınması F-35 təyyarələrinin Rumıniya Hərbi Hava Qüvvələrinin donanmasına inteqrasiyasını sürətləndirir. Mətbuat yazır ki, Rumıniya ukraynalı pilotların Qərb istehsalı olan F-16 təyyarələrində Feteşti aviabazasında təlim xərclərini dövlət büdcəsindən qarşılayacaq. Təlimin maliyyələşdirilməsi ölkənin Milli Müdafiə Nazirliyi vasitəsilə təmin ediləcək.
Chosen
52
2
Ajans.az

5Sources