EN

Romada tarixi qüllə çökdü - 4 yaralı var - FOTO

İtaliyanın paytaxtı Romada məşhur Kolizeyin yaxınlığında yerləşən Torre dei Conti adlı orta əsr qülləsi qismən çöküb. Hadisə zamanı bir işçi ağır yaralanıb, digəri isə dağıntılar altında qalıb.

Milli.Az xəbər verir ki,xilasedicilər dağıntılar altında qalan işçini çıxarmağa çalışırlar, lakin binanın strukturu çox qeyri-sabit olduğundan əməliyyat olduqca təhlükəlidir.

Rəsmi məlumatlara görə, daha iki işçi yüngül xəsarətlər alıb. 

Lakin xilasedicilər əməliyyat apararkən ikinci bir qismən çökmə baş verib və bir işçi həmin an dağıntılar altında qalıb.

Qüllədə bərpa işləri aparan komanda, binanın illərdir baxımsız vəziyyətdə qaldığını bildirmişdi. 13-cü əsrdə inşa edilmiş Torre dei Conti uzun müddət bələdiyyə idarələri üçün ofis kimi istifadə olunub, lakin 2006-cı ildən sonra tamamilə tərk edilib. Binanın bərpası üçün təxminən 7 milyon avro (8 milyon dollar) ayrılmışdı.

Qüllə təxminən 30 metr hündürlüyündədir və Roma Forumu ilə Kolizey arasında yerləşir. Tarixi mənbələrə görə, bina əvvəllər Papa III İnnokentinin ailəsinin iqamətgahı kimi istifadə olunub. Orta əsrlərdə zadəgan və ruhanilərin tikdirdiyi müdafiə xarakterli yaşayış binalarının ən gözəl nümunələrindən biri sayılır.

Qüllənin əsası Roma Forumundakı Sülh Məbədinin (I əsr) xarabalıqları üzərində tikilib. Hazırda qüllə öz ilkin hündürlüyünün yalnız üçdə biri qədər qalıb - yuxarı mərtəbələr 1348, 1630 və 1644-cü illərdə baş vermiş zəlzələlər zamanı dağılıb və XVII əsrdə əsaslı təmir olunub.

Bərpa işlərinin 2026-cı ildə başa çatdırılması planlaşdırılırdı.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
71
1
milli.az

2Sources