“Ağır oyun oldu”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının X turunda “Sabah” – “Qəbələ” matçından sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib: "Əvvəlcə qalibiyyət münasibətilə azarkeşləri və klub rəhbərliyini təbrik edirəm. Sürətli çıxış edən komandaya qarşı oynadıq. Rəqibin çox yaxşı qol şansları oldu. Bunun üçün də çalışırdıq ki, rəqibi qapımızdan uzaq saxlayaq. Bugünkü oyunda çox iş gördük. İkinci hissədən xüsusilə məmnun qaldım. Çox şadam ki, qapımızı bu oyunda toxunulmaz saxladıq və 3 xal əldə etdik. Mövsüm uzundur, qarşıda hələ çox oyunlar var”.

Qeyd edək ki, xallarının sayını 18-ə çatdıran “Sabah” turnir cədvəlində dördüncü yerdə qərarlaşıb.