Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Sabah” “Qəbələ”ni qəbul edib. “Masazır Arena”da keçirilmiş oyunun baş hakimi Fərid Hacıyev olub. Görüşün taleyini bir qol həll edib. Yekunda meydan sahibləri qələbə qazanıblar.
“Sabah” cari mövsümdə keçirdiyi 9 oyunda 18 xal toplayıb və 4-cü pillədə qərarlaşıb. “Qəbələ” isə 10 oyuna topladığı 5 xalla 10-cudur.
Premyer Liqa
10-cu tur
3 noyabr
“Sabah” – “Qəbələ” 1:0
Qol: Stiv Solvet, 28.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Masazır Arena”, 19:30.
Sabah: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 3. Stiv Solvet, 70. Jesse Sekidika, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 10. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 6. Abdulla Xaybullayev, 88. Xəyal Əliyev, 40. İqor Noqeyra, 11. Kahim Parris, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 42. Jondo Fuxs, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 27. Eşqin Əhmədov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.

