EN

Qəzzada xarici qüvvələrin yerləşdirilməsi məsələsi BMT TŞ nin təsdiqini tələb edəcək Hakan Fidan

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Qəzza zolağında xarici qüvvələrin yerləşdirilməsi ilə bağlı işlər davam edir və bu məsələ BMT Təhlükəsizlik Şurasının təsdiqini tələb edəcək.

APA xəbər verir ki, nazir bu barədə İstanbulda Qəzza məsələsinə həsr olunmuş yeddi müsəlman ölkəsinin xarici işlər nazirinin görüşündən sonra danışıb.

“Əvvəlcə bu layihə üzrə ümumi konsensus əldə edilməlidir. Daha sonra layihə Təhlükəsizlik Şurasının üzvləri tərəfindən təsdiqlənməlidir”, - Fidan qeyd edib.

Türkiyəli nazir həmçinin İsraili atəşkəs rejimini pozmamağa çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
1
azpolitika.info

2Sources