EN

Regionlarda sənayeləşmə yeni mərhələyə qədəm qoyur DEPUTAT

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Azərbaycanda sənayeləşmə prosesləri addım-addım irəliləyir və ölkənin bütün regionlarında sənaye müəssisələrinin yaradılması ilə iqtisadiyyatın regional diversifikasiyası təmin olunur”.Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu  deyib.O bildirib ki, ənənəvi olaraq kənd rayonlarında aqrar-sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olunur:“Bununla yananşı, artıq işğaldan azad olunmuş ərazilərdə və digər bölgələrdə müxtəlif sənaye istiqamətləri formalaşdırılır. Bu, regionların paralel inkişafı konsepsiyasına uyğun mühüm bir prosesdir. Sabirabadda yaradılmış sənaye müəssisəsi də məhz bu məqsədlərə xidmət edir. Eyni zamanda Sabirabadda fəaliyyət göstərən “Taş Obası” MMC və İmişlidə yerləşən “Promalt” müəssisəsinin fəaliyyəti bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Bu müəssisələrin Azərbaycan iqtisadiyyatına mühüm dividendlər gətirəcəyi gözlənilir. Burada həm ənənəvi istehsal sahələri, həm də yeni sənaye istiqamətləri inkişaf etdirilir. Bu, regionlarda əhalinin məşğulluğunu artıracaq, rifah səviyyəsini yüksəldəcək və bütövlükdə ölkənin davamlı iqtisadi inkişafına töhfə verəcək”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
demokrat.az

1Sources