EN

BAŞ REDAKTOR AİLƏSİ İLƏ DANIŞIB – Vüqar Məmmədov DTX-da həkim müayinəsindən keçdiyini bildirib

Oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan, oktyabrın 31-də Səbail Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilən “Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) bu gün ailəsi ilə danışıb.

Hurriyyet.az xəbər verir ki, hazırda DTX təcridxanasında saxlanılan V.Məmmədov telefon danışığı zamanı sağlıq durumu ilə bağlı ciddi narahatçılığının olmadığını, həkim müayinəsindən keçdiyini və zəruri tibbi dəstək göstərildiyini bildirib.

Xatırladaq ki, oktyabrın 31-də Səbail Rayon Məhkəməsində keçirilən proses zamanı Vüqar Məmmədovun səhhətində problem yaranıb. Belə ki, məhkəmədə qan təzyiqi yüksələn və kəskin ürək bulantıları keçirən baş redaktora heç bir tibbi yardım göstərilməyib.

Məhkəmədə səhhətinin kəskin pisləşməsi səbəbindən ailə üzvləri, yaxınları, eləcə də “Hürriyyət”in kollektivi günlərdir Vüqar Məmmədovun taleyindən narahat idi.

Hurriyyet.az

Chosen
57
1
hurriyyet.az

2Sources