EN

Nikol Paşinyan 2026-cı il parlament seçkilərində iştirak edəcəyini açıqlayıb

Bakı, 3 noyabr, AZƏRTAC

Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində hakim “Vətəndaş müqaviləsi” Partiyasından namizədliyini rəsmən açıqlayıb.

AZƏRTAC xəbər verir ki, sosial media hesabındakı paylaşımda N.Paşinyan rəhbərlik etdiyi partiyanın proporsional siyahısına namizədliyini təsdiqləyən məktubun ekran görüntüsünü də ictimaiyyətə təqdim edib.

Chosen
69
2
azertag.az

3Sources