EN

“Morgan Stanley” 2026-cı ilin birinci yarısı üçün neftin qiyməti ilə bağlı proqnozu artırdı

“Morgan Stanley” bankı OPEC+ alyansının yanvar–mart aylarında hasilat artımını dayandırmaq qərarından sonra neft qiymətləri üzrə proqnozunu yenidən yüksəldib.

İndi bankın strateqləri hesab edirlər ki, 2026-cı ilin ilk yarısında Brent markalı neftin orta qiyməti bir barelə görə 60 dollar olacaq, halbuki əvvəlki proqnozda bu göstərici 57,5 dollar səviyyəsində olub.

“Morgan Stanley” analitikləri Martin Rats və Şarlotta Firkins hesab edirlər ki, OPEC+ qərarı bazara mühüm siqnal verir və bu, volatilliyin azalmasına kömək etməlidir.

Bundan əlavə, onların sözlərinə görə, OPEC+ çərçivəsində kvotalarla faktiki hasilat arasındakı fərq artır. Bankın hesablamalarına əsasən, mart–oktyabr dövründə alyans hasilatı cəmi 500 min barel/gün artırıb, halbuki kvotalar 2,6 milyon barel/gün artıb.

Chosen
54
banker.az

1Sources