AzVision.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Nino Tsilosani sənədi imzalayan erməni deputatların bununla öz baş nazirlərinə etimad göstərmədiklərini deyib.
 
 
 
 “Gürcüstan hökumətinin qeyri-legitim olduğunu bildirən qətnaməni dəstəkləməklə erməni deputatlar faktiki olaraq baş nazirlərinə etimadsızlıqlarını ifadə ediblər. Çünki Ermənistanın baş naziri Gürcüstana rəsmi və işgüzar səfərlər edib və xalqın seçdiyi hökumətlə görüşlər keçirib”, - gürcü parlamentari vurğulayıb.
 
 
 
O, Avronest PA-nın İrəvanda keçirilən sonuncu plenar sessiyasında qəbul edilən qətnamənin mənasız və məzmunsuz olduğunu diqqətə çatdırıb.
 
 
 
Daha əvvəl bildirilmişdi ki, sənəddə Gürcüstanda ötən il oktyabrın 26-da keçirilmiş parlament seçkiləri“saxta” , hökumət isə“özünü elan etmiş” qurum kimi qiymətləndirilir. Buna cavab olaraq Gürcüstan nümayəndə heyəti Avronest Parlament Assambleyasının gələcək sessiyalarında iştirakdan imtina etdiyini açıqlayıb. 
 
 
 
 Sahil İsgəndərov
 
  AzVision.az