EN

İran səfiri Naxçıvana getdi - Foto

Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

Sitat.info xəbər verir ki, görüşdə dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri nəticəsində iki ölkə arasında yaranan qarşılıqlı əlaqələrdən, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının bu əlaqələrdə rolundan danışılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Əziz Mənsuri də iştirak edib.

Chosen
55
10
sitat.info

10Sources