EN

KİV: Üçüncü Dünya müharibəsi Kalininqradda başlaya bilər

BAKI, 3 noyabr. TELEQRAF

NATO tərəfindən Rusiya eksklavı Kalininqradın mümkün dəniz blokadası Üçüncü Dünya müharibəsinə səbəb ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın “AgoraVox” nəşri məlumat yayıb.

“Əgər NATO Kalininqradın Baltik dənizinə çıxışını əngəlləməyə çalışarsa, bu, episentri Kalininqrad olan Kennedi-Xruşşov raket böhranının (1962-ci ilin oktyabrı) təkrarlanmasına səbəb ola bilər”, - nəşr yazır.

Məqalə müəllifləri istisna etmirlər ki, Kalininqrad yeni raket böhranının episentrinə çevrilə bilər:

“Üstəlik, Rusiya ilə ABŞ arasında Soyuq müharibənin yenidən başlaması və ABŞ-nin Qısa və Ortamənzilli Nüvə Raketləri Müqaviləsindən çıxması nəzərə alınmaqla, “Üçüncü Dünya müharibəsini istisna etmək olmaz”.

Chosen
36
2
teleqraf.com

3Sources