AZ

KİV: Üçüncü Dünya müharibəsi Kalininqradda başlaya bilər

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

NATO tərəfindən Rusiya eksklavı Kalininqradın mümkün dəniz blokadası Üçüncü Dünya müharibəsinə səbəb ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın “AgoraVox” nəşri məlumat yayıb.

“Əgər NATO Kalininqradın Baltik dənizinə çıxışını əngəlləməyə çalışarsa, bu, episentri Kalininqrad olan Kennedi-Xruşşov raket böhranının (1962-ci ilin oktyabrı) təkrarlanmasına səbəb ola bilər”, - nəşr yazır.

Məqalə müəllifləri istisna etmirlər ki, Kalininqrad yeni raket böhranının episentrinə çevrilə bilər:

“Üstəlik, Rusiya ilə ABŞ arasında Soyuq müharibənin yenidən başlaması və ABŞ-nin Qısa və Ortamənzilli Nüvə Raketləri Müqaviləsindən çıxmasını nəzərə alsaq, bu fonda Üçüncü Dünya müharibəsini istisna etmək olmaz”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
sherg.az

3Mənbələr