EN

NBC: NBC: ABŞ Meksikada narkokartellərlə mübarizə üçün yeni əməliyyat hazırlayır

BAKI, 3 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası Meksikada narkokartellərlə mübarizəyə yönəlmiş yeni əməliyyatın ətraflı planlaşdırılmasına başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrinə istinadla məlumat verib.

Məlumata görə, plana ABŞ hərbçiləri və kəşfiyyatçıların Meksika ərazisində quru əməliyyatları aparmaq üçün göndərilməsi daxildir. Qeyd olunur ki, əməliyyatın miqyası hələ müzakirə olunur və yekun qərar qəbul edilməyib.

İlkin məlumatlara əsasən, ABŞ qüvvələri əsasən PUA-lardan istifadə edərək narkokartel üzvləri və liderlərinin yerləşdiyi obyektlərə zərbələr endirəcək. ABŞ-nin iki fəaliyyətdə olan və iki keçmiş rəsmisinin sözlərinə görə, Venesueladan fərqli olaraq, bu əməliyyat Meksika hökumətini zəiflətməyə yönəlməyib.

“The New York Times” avqust ayında yazmışdı ki, Donald Tramp Latın Amerikasında narkokartellərə qarşı hərbi güc tətbiqinə dair gizli direktiv imzalayıb.

Chosen
59
1
teleqraf.com

4Sources