EN

Oman körfəz dövlətlərini İranla əlaqələr qurmağa çağırıb

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Omanın Xarici İşlər Naziri Bədr Əlbusaidi Körfəz dövlətlərini İrana yanaşmalarını dəyişdirməyə və təhlükəsizlik, iqtisadi və diplomatik məsələlərdə onunla tam şəkildə əlaqə qurmağa çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Əlbusaidi Bəhreyn, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini əhatə edən Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) istinad edərək deyib.

"Uzun illərdir ki, Körfəz Əməkdaşlıq Şurası ən yaxşı halda fəaliyyətsiz olub və İranın təcrid olunmasına imkan verib. İnanıram ki, bu dəyişməlidir və bu, indi edilməlidir", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, yalnız regiondakı bütün ölkələr arasında qarşılıqlı əlaqəyə əsaslanan əməkdaşlıq çoxdan gözlənilən sabitliyi gətirə bilər. "Yalnız İranla daha dərin diplomatik, iqtisadi və hərbi əməkdaşlıq regiona sülh gətirəcək. Yalnız İraq, Hindistan, Pakistan və Yəmən daxil olmaqla inklüziv regional təhlükəsizlik strukturu ümumi problemləri effektiv şəkildə həll edə bilər", - deyə o, Bəhreyndə keçirilən təhlükəsizlik və geosiyasət konfransında bildirib.

Əlbusəidi diplomatik dialoqun bərpasına ümid etdiyini bildirib və İranın təcrid olunmamalı, əksinə regional həllin bir hissəsi olmalı olduğunu vurğulayıb. "İranın Fars körfəzinin təhlükəsizliyində həqiqi və qanuni marağı var", - deyə o qeyd edib və əlavə edib ki, İsrailin regionda sülhə real təhlükə yaratdığına inanır.

Oman bir neçə onillikdir ki, Fars körfəzinin ərəb dövlətləri arasında xüsusi yer tutur və 1989-cu ildən bəri İranla sıx münasibətlər saxlayır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
56
bizimyol.info

1Sources