2025-ci ilin oktyabrında Azərbaycanın smartfon bazarında ciddi struktur dəyişikliyi müşahidə olunur.
Banker.az “Statcounter Global Stats”ın məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin eyni ayında bazara “Samsung” və “Xiaomi” kimi Asiya nəhəngləri hakim idisə, bu il onların payı nəzərəçarpacaq dərəcədə azalıb.
“Samsung”un payı bir il ərzində 33.55%-dən 24.55%-ə, “Xiaomi”ninki isə 27.91%-dən 17.87%-ə enib. Beləliklə, hər iki brend ümumilikdə bazarın təxminən beşdə birini itirib.
Oxşar yazı: Azərbaycanda minlərlə “iPhone” satılsa da, onların demək olar ki heç biri ABŞ-dən gətirilmirƏvəzində “Apple” Azərbaycandakı bazar payını 16.37%-dən 21.2%-ə yüksəldərək son bir ilin əsas qalibi olub.
“Honor”, “Huawei” və “OnePlus”un bazar payı müvafiq olaraq 5.19%-dən 4.34%-ə, 1.97%-dən 1.44%-ə və 0.22%-dən 0.08%-ə enib.
Əvəzində “Tecno” 1.02%-dən 1.03%-ə, “Infinix” 0.81%-dən 0.93%-ə, “Google Pixel” isə 0.26%-dən 0.78%-ə yüksəlib.
Digər markaların payı bir ildə 10.23%-dən 25.71%-ə yüksəlib