EN

Türkiyə diplomatik mənbəsi: Ermənistanla sərhədin açılması məsələsi müzakirə olunmur

BAKI, 3 noyabr. TELEQRAF

Ermənistan-Türkiyə sərhədinin açılması məsələsi hazırda müzakirə olunmur.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin diplomatik mənbəsi “RİA Novosti”yə bildirib.

Agentliyin mənbəsi qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün danışıqlar davam edir.

“Hazırda söhbət münasibətlərin normallaşdırılmasından gedir, sərhədlərin açılmasından deyil. Bu məsələ prosesin gedişindən asılı olacaq, hələ dəqiq müddət yoxdur”, - mənbə bildirib.

Chosen
58
4
teleqraf.com

6Sources