EN

Rusiya yenidən İran dronları ilə Ukraynaya zərbə endirib

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün səhər saatlarında Rusiya ordusu Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirib. Hücum zamanı ümumilikdə 150 ədəd müxtəlif tipli raket və drondan istifadə olunub.

Bu barədə Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, hücumlar zamanı 116 ədəd raket və İran istehsalı “Shahed” dronu məhv edilib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
49
azpolitika.info

1Sources