EN

​“Fənərbaxça”lı futbolçular 1.2 milyon avro mükafat alacaq

ain.az, Metbuat saytına istinadən bildirir.

“Beşiktaş” üzərində qazandıqları 3:2 hesablı qələbə “Fənərbaxça”lı futbolçuların üzünü güldürüb. İstanbul komandasının üzvləri həm turniur cədvəlində 2-ci sıraya yüksəldikləri, həm də külli miqdarda mükafat alacaqları üçün xoşbəxtdirlər.

Metbuat.az xəbər verir ki, “Fənərbaxça”nın prezidenti Sadettin Saran futbolçuların əziyyətini yerdə qoymayacağını bildirib. Klub prezidenti deyib ki, rəqib meydanda qazanılan qələbəyə görə oyunçulara 1,2 milyon avro mükafat ödəniləcək.

Sadettin Saran komanda üzvlərinə vəd verməyi də unutmayıb. Deyib ki, “Fənərbaxça” “Viktoriya Plzen”, “Kayserispor” və “Çaykur Rizəspor”la keçiriləcək matçların hər birindən 3 xal alsa, texniki heyət və oyunçular təkrar mükafatlandırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
1
metbuat.az

2Sources