EN

Bu il Xəzərdə fəaliyyətə başlayan komissiyada Azərbaycan ilk dəfə iştirak edəcək

Bakı.Trend:

29 sentyabr 2014-cü ildə imzalanmış "Xəzər dənizinin su biolojiresurslarının mühafizəsi və səmərəli istifadəsi barədə” sazişəəsasən yaradılmış Xəzər dənizinin su bioloji resurslarınınmühafizəsi və səmərəli istifadəsi, eləcə də onların birgəehtiyatlarının idarə olunması üzrə Komissiya bu ilin noyabr ayınınsonlarından işinə başlayacaq.

Bunu Trend-əmüsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyətgöstərən "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsindirektoru Ceyhun Əliyev deyib.

O bildirib ki, bu il komissiya Türkmənistanın Aşqabad şəhərindətoplanacaq:

“Həmin komissiya ildə bir dəfə toplanır və dənizdə olanbalıqların ümumi kvotasını müəyyən edir. Komissiyanın tərkibindəbeş Xəzəryanı dövlətin səlahiyyətli qurumlarının nümayəndələriiştirak edəcək. Biz də bu il həmin komissiyanın tərkibindəolacağıq”.

C.Əliyev əlavə edib ki, bundan öncəki illərdə isə yalnız RusiyaFederasiyasının araşdırmalarına istinad edirdik, indi isə öznəticələrimiz əlimizdə olacaq.

Chosen
60
2
az.trend.az

3Sources