Donald Tramp ABŞ prezidentliyinə namizədliyini yenidən irəli sürməyi düşünmür.
“Cebheinfo.az” xəbər verir ki, o, buna əmin edib. Üstəlik, kimin potensial varisi olduğunu dəqiqləşdirməkdən imtina edib.
"Bəli, mən bu barədə heç düşünmürəm də. Amma sizə deyim ki, bir çox insan mənim yenidən namizədliyimi irəli sürməyimi istəyir", - deyə respublikaçı Tramp ABŞ Konstitusiyasına 22-ci düzəlişə baxmayaraq, üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırıb-aparmadığı ilə bağlı suala cavab olaraq bildirib.
“Bizimlə demokratlar arasındakı fərq ondadır ki, güclü namizədlərimiz var. Ad çəkmək istəmirəm, çünki bu, hələlik uyğun olmaz. Hələ tezdir", - Tramp “CBS News”-a verdiyi müsahibədə bildirib.
"Mən ABŞ vitse-prezidenti Vensi həqiqətən bəyənirəm. ABŞ Dövlət katibi Marko Rubionu da bəyənirəm. Mən çox insanı bəyənirəm. Bizim inanılmaz namizədlərimiz var", - Tramp mümkün varisi kimi kimi gördüyünə dair suala cavabında deyib.