EN

Kəpəz in futbolçusu Premyer Liqada 100 cu oyununu keçirib

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Misli Premyer Liqasının X turu "Kəpəz"in futbolçusu Fərid Nəbiyev üçün əlamətdar olub.

Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, F.Nəbiyev turnirdə 100-cü oyununu keçirib.

26 yaşlı hücumçu "Neftçi" ilə səfər matçında (1:5) yubileyini gerçəkləşdirib. O, 100 oyunda 14 qola imza atıb.

Fəridin debütü 2016/2017 mövsümündə "Qəbələ"də reallaşıb. O, ümumilikdə 4 klubda forma geyinib. "Kəpəz"də 40 (6 qol), "Turan Tovuz"da 31 (6 qol), "Səbail"də 28 (2 qol), "Qəbələ"də bir matça çıxıb.

F.Nəbiyev ölkə çempionatları tarixində yüksək dəstədə 100 və daha çox oyun keçirən 447-ci futbolçudur. O buna cari mövsümdə çatan 7-ci oyunçu olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
9
oxu.az

10Sources