EN

Misli Premyer Liqası: X tur tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub

Bakı. Trend:

Misli Premyer Liqasının X turu tamaşaçı sayında mövsümün rekorduilə əlamətdar olub.

Trend xəbər verir ki, Tovuzşəhər stadionunda keçirilən “Turan Tovuz” – “Şamaxı” matçını 5800tamaşaçı izləyib. Doğma arenaya qayıdan qərblilər bu görüşdə 2:1hesablı qələbə qazanıb. Bu oyun mövsümün arxada qalan hissəsi üçünən çox seyrçi toplayan görüşdür.

Bunadək rekord V turda qeydə alınmışdı. Mehdi Hüseynzadə adınaSumqayıt şəhər stadionundakı “Sumqayıt” – “Neftçi” matçında (0:2)3500 izləyici olub.

Qeyd edək ki, ümumilikdə mövsümün baş tutan 58 oyununu 64 min766 tamaşaçı izləyib. Orta göstərici 1117-yə bərabərdir.

Məqalədə:
Chosen
30
18
az.trend.az

10Sources