Misli premyer-liqasının 10-cu turu tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub.
"Football-plus.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən "Turan Tovuz" – "Şamaxı" matçını 5800 tamaşaçı izləyib. Doğma arenaya qayıdan qərblilər 2:1 hesablı qələbə qazanıb. Bu, mövsümün arxada qalan hissəsi üçün ən çox seyrçi toplayan görüşdü.
Bunadək rekord 5-cu turda qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş "Sumqayıt" – "Neftçi" matçında (0:2) 3500 izləyici olub.
Qeyd edək ki, ümumilikdə mövsümün baş tutan 58 oyununu 64 766 tamaşaçı izləyib. Orta göstərici 1117-yə bərabərdi.
- Gecə Modu
 - Ana səhifə
 - Statistika
 - Mənbələr
 - Reytinq
 - Hava
 - Valyuta