EN

Azərbaycanın turizm imkanları Pakistanda tanıdılıb

Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu (ATB) 27-31 oktyabrda Pakistan turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını artırmaq məqsədilə bu ölkənin Lahor, Karaçi və İslamabad şəhərlərində silsilə tədbirlər keçirib.

Aznews.az xəbər verir ki, tədbirlərdə "Azərbaycan Hava Yolları" və "Şahdağ Turizm Mərkəzi" QSC-lər, "Absheron Hotel Group" MMC və 2 yerli turizm şirkəti təmsil olunub.

Pakistanın 200-dən çox turizm sənayesi və 21 media nümayəndəsini bir araya gətirən tədbirlər çərçivəsində B2B formatlı görüşlər, həmçinin Azərbaycanın turizm imkanları haqqında təqdimatlar keçirilib, Azərbaycanın sağlamlıq turizmi və biznes tədbirləri üzrə potensialı tanıdılıb.

İslamabadda keçirilən tədbirdə ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid və Pakistanın Baş nazirinin Turizm məsələləri üzrə milli koordinatoru Sərdar Yasir İlyas Xan arasında görüş keçirilərək turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Chosen
39
12
aznews.az

10Sources