ain.az, Azertag portalına istinadən məlumat verir.
Kişineu, 3 noyabr, AZƏRTAC
Moldova Respublikası ilk dəfə UNESCO İcraiyyə Şurasında yer uğrunda mübarizə aparır. Bu məsələ UNESCO Baş Konfransının 43-cü sessiyasında müzakirə olunacaq. Tədbirdə Moldovanı 3-4 noyabr tarixlərində Səmərqəndə işgüzar səfərdə olan Baş nazirin müavini və xarici işlər naziri Mihay Popşoy təmsil edəcək.
AZƏRTAC-ın “Moldpres” xəbər agentliyinə istinadən verdiyi məlumata görə UNESCO İcraiyyə Şurası təşkilatın əsas idarəetmə orqanlarından biridir. Moldova 2025-ci ildən 2029-cu ilə qədər dördillik müddətə İcraiyyə Şurasında ilk yeri uğrunda mübarizə aparır.
Xarici İşlər Nazirliyinin məlumatına görə, səfəri zamanı nazir Mihay Popşoy konfransın ümumi müzakirələrinə qatılacaq və plenar iclasda çıxış edəcək. Moldova diplomatiyasının rəhbəri, həmçinin tədbirdə iştirak edən UNESCO-nun yüksəkvəzifəli şəxsləri və həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.