EN

AQTA da təşviş başladı: Qorxmaz Təhməzli geri addım atdı

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda fərdi şəxslərə məxsus ət satışı və heyvan kəsimi məntəqələrində aparılan yoxlamalar müvəqqəti dayandırılıb. 

Globalinfo.az bu barədə ət satışı və heyvan kəsimi məntəqələrinin sahiblərindən məlumat əldə edib.

Onlar bildiriblər ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli tərəfindən bununla bağlı tapşırıq verilib.

Müvafiq tapşırığın verilməsinə səbəb həyata keçirilən yoxlamaların ciddi ictimai narazılıq yaratması, AQTA-nın rüşvətdə ittiham olunması və digər bu kimi amillərdir.

Qeyd edək ki, dabaq xəstəliyinin geniş yayılması ilə bağlı AQTA tərəfindən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarları ilə yanaşı, fərdi şəxslərə məxsus ət satışı və heyvan kəsimi yerlərinin də bağlanması üçün plandankənar yoxlamalar keçirilirdi. Belə yoxlamalar zamanı ötən həftə qurumun əməkdaşları ilə qəssablar arasında ciddi qarşıdurma yaranıb və sosial şəbəkələrdə bu hal geniş müzakirə edilib.

Məsələ ilə bağlı AQTA-ya sorğu ünvanladıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
61
globalinfo.az

1Sources