EN

“Çelsi”nin Bakıda oyunöncəsi mətbuat konfransı olmayacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Qarabağ”ın qonağı olacaq İngiltərənin “Çelsi” klubunun Bakıya səfər proqramı bəlli olub.

Bu barədə Bizim.Media-ya Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib.
 

Bildirilib ki, London təmsilçisi Azərbaycan paytaxtına matçdan 1 gün öncə - noyabrın 4-də gələcək. “Zadəganlar”ın Bakıda oyunöncəsi mətbuat konfransı və açıq məşqi nəzərdə tutulmayıb.


Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.

İlk 3 turdan sonra hər iki komandanın aktivində 6 xal var. Azərbaycan çempionu 13-cü, London klubu isə 11-ci pillədə qərarlaşıb.

Bizim.Media

Chosen
30
6
bizim.media

10Sources