AZ

"Qarabağ" - "Çelsi" oyunu avstriyalı hakimə tapşırıldı

BAKI, 3 noyabr. TELEQRAF

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Çelsi" (İngiltərə) oyuna hakim təyinatları açıqlanıb.

Teleqraf UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda baş tutacaq görüşü avstriyadan olan Sebastian Gishamer idarə edəcək.

Ona Roland Riedel və Santino Schreiner köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Manuel Schuettengruber, AVAR-da Josef Spurny əyləşəcəklər.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Seçilən
22
6
teleqraf.com

10Mənbələr