Rusiyanın baş naziri Mixail Mişustin Çinə iki günlük səfər edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onun təyyarəsi Xançjou hava limanına enib.
Bildirilir ki, Mişustin çinli həmkarı ilə görüşlər zamanı tərəflər ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsi, enerji, sənaye, kənd təsərrüfatı, təhsil və digər sahələrdə birgə layihələrin təşviqi məsələlərini müzakirə edəcək.