Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə Bakı - Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində iki nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Qəza yerinə polis əməkdaşları cəlb olunub.