EN

La Liqa: “Barselona” “Elçe”ni 3 qolla yendi - ARENA.AZ

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

Son çempion “Barselona” doğma meydanda “Elçe” üzərində inamlı qələbəyə sevinib. “Alaves” “Espanyol”u, “Betis” isə “Malyorka”nı məğlub yola salıb. “Levante” də evdə “Selta”ya uduzub.

11-ci tura noyabrın 3-də keçiriləcək “Real Ovyedo” – “Osasuna” matçı ilə yekun vurulacaq.

İspaniya, La Liqa
11-ci tur

31 oktyabr

Xetafe – Jirona 2:1
Qollar: Martin, 72. Mayoral, 86 – Stuani, 90+4-pen.

1 noyabr

Vilyarreal – Rayo Valyekano 4:0
Qollar: Moreno, 22. Moleyro, 56. Komesana, 58. A.Peres, 65.

Atletiko – Sevilya 3:0
Qollar: X.Alvares, 64-pen. Almada, 77. Qrizmann, 90.

Real Sosyedad – Atletik 3:2
Qollar: B.Mendes, 38. Qedes, 47. Qorrotksateqi, 90+2 – Quruseta, 42. Navarro, 79.

Real – Valensiya 4:0
Qollar: Mbappe, 19-pen; 31. Bellingem, 44. Karreras, 82.

2 noyabr

Levante – Selta 1:2
Qollar: Arriaqa, 37-öz qapısına – Minqesa, 40. Roman, 90+1.

Alaves – Espanyol 2:1
Qollar: D.Suares, 5. Boye, 40 – Fernandes, 56.

Barselona – Elçe 3:1
Qollar: Yamal, 9. F.Torres, 11. Raşford, 61 – R.Mir, 42.

Betis – Malyorka 3:0
Qollar: Antoni, 10; 34. Ezzalzuli, 37.

3 noyabr

00:00. Real Ovyedo – Osasuna

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
39
48
arena.az

10Sources