EN

Liqa 1: “Lill” və “Lans”dan qələbə - ARENA.AZ

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 11-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 6 qarşılaşma baş tutub.

“Tuluza” – “Havr” və “Brest” – “Olimpik” (Lion) oyunlarında qapılara qol vurulmayıb. “Renn” “Strasburq”u, “Lans” “Loryan”ı, “Lill” də “Anje”ni xalsız yola salıb. “Nant” isə doğma meydanda “Mets”ə məğlub olub.

Beləliklə, geridə qalmış 11 turdan sonra 24 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i ilə “Lans”ın 22, “Lill”, Lion “Olimpik”i və “Monako”nun 20, “Strasburq”un 19 xalı var.

Fransa, Liqa 1
11-ci tur

1 noyabr

Monako – Paris 0:1
Qol: M.Simon, 53.

PSJ – Nitsa 1:0
Qol: Q.Ramos, 90+4.

Oser – Olimpik (Marsel) 0:1
Qol: A.Qomes, 30.

2 noyabr

Renn – Strasburq 4:1
Qollar: Lepaul, 9; 48; 60. Meyte, 35 – Nanasi, 77.

Lans – Loryan 3:0
Qollar: Eduard, 6. Said, 77. Baydu, 89.

Lill – Anje 1:0
Qol: Korreya, 45+2.

Nant – Mets 0:2
Qollar: Abuaşvili, 82. Diallo, 89.

Tuluza – Havr 0:0

Brest – Olimpik (Lion) 0:0

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
33
48
arena.az

10Sources