Çempionlar Liqasının üçüncü turu çərçivəsində keçirilən “Qarabağ” - “Atletik” matçında (3:1) mübahisəli epizod qeydə alınıb.
Qarşılaşmanın 73-cü dəqiqəsində “Atletik Bilbao”nun müdafiəçisi Yuri Berçiçe cərimə meydançasında “Qarabağ”ın legioneri Mateus Silvaya qarşı kobud oynayıb.
Ağdam təmsilçisinin üzvləri həmin epizoda etiraz ediblər. Lakin Xorvatiyadan olan baş hakim İqor Payaç penalti təyin etməyib.
Futbol eksperti Emin Abbasov balkanlı referinin “Qarabağ”a münasibətdə düzgün mövqe tutmadığını bildirib.
ATV kanalında yayımlanan “Futbolumuz“ verlişində həmin epizoda münasibət bildirən tanınmış teleşərhçi deyib ki, “köhlən atlar“ın penaltisi verilməyib və nəticəyə birbaşa təsir göstərib.
SPORTİNFO.AZ