EN

Bu ölkədə prezident olmaq üçün yaş həddi ləğv edildi

Cibuti parlamenti 75 yaşdan yuxarı vətəndaşların Afrika respublikası prezidentliyinə namizədliyini irəli sürməsini qadağan edən konstitusiya məhdudiyyətinin aradan qaldırılmasını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, parlamentin spikeri Dileit Mohamed Dileit bildirib ki, "Milli Assambleya yaş məhdudiyyətini aradan qaldırmaq üçün düzəlişi təsdiqləyib, ona görə də rəsmi olaraq qəbul edilib".

Dəyişiklik 77 yaşlı Cibuti Prezidenti İsmayıl Ömər Quelleyə 1999-cu ildən bəri altıncı dəfə prezidentliyə namizədliyini irəli sürməyə imkan verəcək. O, əvvəllər daha beş illik müddətə namizəd olacağını bildirmişdi.

Chosen
32
5
redaktor.az

10Sources