EN

SON DƏQİQƏ: Balıkesir vilayətində yenidən zəlzələ oldu

Türkiyədə 4,3 maqnitudada zəlzələ baş verib.

Bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 15:41-də Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınıb.

Zəlzələnin ocağı 14,13 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, oktyabrın 27-də Balıkesirdə 6,1 maqnitudalı zəlzələ qeydə alınmışdı.

Chosen
11
18
news365.az

10Sources