Türkiyədə 4,3 maqnitudada zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 15:41-də Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınıb.
Zəlzələnin ocağı 14,13 kilometr dərinlikdə yerləşib.