EN

İsrailin müdafiə nazirindən "Hizbullah"a xəbərdarlıq: İmkan verməyəcəyik

BAKI, 2 noyabr. TELEQRAF

“Hizbullah atəşlə oynayır, lakin Livan prezidenti (Cozef Aun red.) tərəddüd edir. Livan hökumətinin ‘Hizbullah’ı tərksilah etmək və onu ölkənin cənubundan çıxarmaq öhdəliyi yerinə yetirilməlidir.”

Teleqraf xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats "X"də yazıb.

Kats əlavə edib ki, İsrail cənubi Livanda atəşkəs rejiminin qorunması üçün “maksimum məcburetmə tədbirləri” tətbiq etməyə davam edəcək:

“Biz İsrailin şimal bölgələrinin təhlükə altına düşməsinə imkan verməyəcəyik.”

Qeyd edək ki, Livan hökuməti sentyabrın əvvəlində ölkədəki bütün silahlı qruplaşmaların, o cümlədən “Hizbullah”ın tərksilahını nəzərdə tutan ordu komandanlığının mərhələli planını təsdiqləyib.

Plana əsasən, “Hizbullah” öz raket arsenalının 50 faizini Livan ordusuna təhvil verəcək, əvəzində İsrail 2024-cü ildəki münaqişədən sonra nəzarətində saxladığı beş strateji yüksəklikdən qoşunlarını çıxaracaq.

Chosen
41
teleqraf.com

1Sources