"Beşiktaş" klubunun sözügedən yığıncağı İstanbuldakı Sinan Erdem İdman Zalında keçirilib.
Toplantıda çıxış edən müşahidə şurasının üzvü Özgür Şentürk iştirakçılara maliyyə vəziyyəti barədə məlumat verib. O, 31 may 2025-ci il tarixinə olan hesablamalara əsasən, klubun ümumi borcunun 17 milyard 731 milyon 767 min 706 lirə təşkil etdiyini bildirib.