EN

Əliyar Ağayev “Arsenal”ın oyununa təyinat aldı

FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasının daha bir matçına təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, liqa mərhələsinin 4-cü turunun “Slaviya” (Çexiya) - “Arsenal” (İngiltərə) oyununun baş hakimi olacaq. Ona Akif Əmirəli, Zeynal Zeynalov (laysmanlar) və Elçin Məsiyev (dördüncü hakim) kömək edəcək.

Matçın VAR hakimi Rob Diperink, VAR hakiminin köməkçisi isə Yerun Manshot (hər ikisi Niderland) olacaqlar.

Oyun noyabrın 4-ü, Bakı vaxtı ilə saat 21.45-də başlanacaq.

Qeyd edək ki, 3 turdan sonra “Arsenal” 9 xalla 4-cü, “Slaviya” 2 xalla 28-ci yeri tutur.

Chosen
26
6
football-plus.az

8Sources