EN

Mahirin intihar edən dayısı oğlu "Simurq"da oynayıb - o, niyə canına qıydı?

Zaqatalada Mahir Emrelinin dayısı oğlunun – 37 yaşlı Sabit Ağayevin meyiti tapılıb. Belə ki, o, srağagün 23.00 radələrində Aşağı Tala kəndində ("Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da həmin kənddəndi - red.) yarımçıq tikilidə özünü asaraq intihar edib.

Mərhumun vaxtilə futbolla da məşğul olduğunu nəzərə alıb? "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədova bu suallarla müraciət etdik: Sabit Ağayevi tanıyırsızmı? Futbolla bağlı fəaliyyəti haqda nə bilirsiz? İntiharın səbəblərindən xəbərdarsız?
"Bəli, onu çox yaxşı tanıyıram. Birlikdə futbol oynamışıq. "Simurq"un əvəzedici və U-19 komandasının formasını geyib. Çox tərbiyəli, mərifətli, böyük-kiçik yeri bilən adam idi. Həmişə gülərüz olurdu. Baş verən hadisə hamımızı kədərləndirdi. Təəssüf ki, səbəbini bilmirəm. Hər nə idisə, kaş dost-tanışa, dəstək ola biləcək şəxslərə deyəydi. Həyatda ölümdən başqa hər şeyə çarə var. Allah günahlarını bağışlasın. İnanmıram ki, kimsə onun haqda mənfi nəsə desin. Çox məyusuq".
KƏNAN BAHADIR
Chosen
8
1
football-plus.az

2Sources